Modelyer Gülnarə Xəlilova


"Sport Time” jurnalının "Milli geyim, milli ruh” rubrikasının bu dəfəki qonağı tanınmış modelyer dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovadır

Modelyer Gülnarə Xəlilovanın böyük diqqət çəkən "Bakı-2015" I Avropa Oyunlarına həsr etdiyi milli geyimləri oxucularımıza təqdim edirik

İdmana daim maraq göstərən və sağlam yaşam tərzinə üstünlük verən Gülnarə Xəlilovanın milli geyim kolleksiyası ötən il Çinin Urumçi şəhərində keçirilmiş "İpək yolu" IV Avrasiya Beynəlxalq Geyim Festivalının mükafatına layiq görülüb. Belə ki, "Bakı-2015" I Avropa Oyunlarına həsr edilmiş Azərbaycanın milli geyimlərindən ibarət kolleksiya nüfuzlu "Master Exibition & Performance Award" mükafatını qazanıb. 25 geyimdən ibarət kolleksiyanın nümayişində çinli modellər iştirak ediblər. Böyük maraq çəkən festivalda Çin, Rusiya, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən olan dizaynerlər iştirak ediblər. Xatırladaq ki, bu kolleksiya Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Heydər Əliyev Fondunun I Avropa Oyunları Təşkilat Komitəsi ilə birlikdə təşkil etdiyi ilk Avropa Oyunlarının təqdimatı çərçivəsində Londonda təqdim edilib. Qeyd edək ki, dizayner sözügedən mükafata 3 kolleksiyaya - "Emosiyaların partlayışı", "İlham" və "İlmələrin sehri"nə görə layiq görülüb.



46525 oxunub