Adil Əliyev şəhid və qazi uşaqları üçün idman zalı açıb -Məşq ödənişsizdir


Milli Məclisin sədr müavini, Kikboksinq Federasiyasının fəxri prezidenti, idmançı Adil Əliyev şəhid və qazi övladları üçün idman zalı açdığını bildirib. O, bu barədə sosial şəbəkədə məlumat verib. 
İdmançı bildirib ki, şəhidlərimizin və qazilərimizin övladları, aztəminatlı ailələrin uşaqları üçün hazırladığım idman zalı fəaliyyətə başlayıb. "Artıq idmançılarımız ilk məşqlərə başlayıb. Zal Pirşağı qəsəbəsində stansiyanın yanında yerləşir. Kikboksinq məşqləri peşəkar müəllimlər tərəfindən ödənişsiz keçirilir". 
Adil Əliyev bildirib ki, məqsədimiz ölkəmizə, dövlətimizə yararlı idmançılar hazırlamaq, gənclərimizi milli-mənəvi dəyərlərə bağlı, fiziki cəhətdən sağlam yetişdirməkdir.

4294 oxunub