Hakim Rəşad Əliyev Varşavada status alıb


Azərbaycan Cüdo Federasiyasının (ACF) daha bir hakimi "A” kateqoriyalı status alıb.

ACF-dən verilən məlumata görə, Rəşad Əliyev Polşanın paytaxtı Varşava şəhərində təşkil olunmuş imtahandan uğurla keçib.

Hakimlər əvvəlcə nəzəri hissəyə dair, daha sonra isə böyüklər arasında açıq Avropa turnirində görüşləri idarə edərək praktiki imtahan veriblər.

Həm nəzəri, həm də praktiki imtahanı yüksək nəticə ilə keçən Rəşad Əliyev "A” kateqoriyası əldə edib.


3021 oxunub