Qol güləşi üzrə məktəblərarası yarış keçirilib-FOTOLAR


Bu gün Binəqədi rayonunda yerləşən Həsən Cəbrayılov adına 99 saylı məktəbdə qol güləşi üzrə məktəblərarası yarış keçirilib. Sporttimemagazine.az saytının məlumatına görə, Azərbaycan Qol Güləşi Federasiyasının və 99 saylı məktəbin birgə təşktəşkilatçılığı ilə keçirilən tədbir "5 Mart-Bədən Tərbiyəsi və İdman Günü"nə həsr olunub.
Yarışdan əvvəl şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Himni səsləndirilib.
Tədbirdə çıxış edən 99 saylı məktəbin direktoru Ofeliya Məmmədova belə yarışların daha çox keçirilməsinin vacibliyini vurğulayıb və təşkilati dəstəyə görə Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədova minnətdarlığını bildirib. 
Yarışda paytaxtın Binəqədi rayonunun 99, 100, 143 və 182 saylı məktəblərində təhsil alan 50-dən artıq şagird öz güclərini sınayıblar. Yarış 8-9-cu və 10-11-ci sinif şagirdləri arasında hər biri iki çəki dərəcəsində keçirilib. Qaliblərə medal və diplomlar təqdim olunub.
Bildirilib ki, Azərbaycan Qol Güləşi Federasiyasının əsas məqsədi və amalı bundan ibarətdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə birgə belə idman tədbirləri bütün orta məktəblərimizdə mütəmadi olaraq keçirilsin və bununla da uşaq və gənclərimizin sağlam, vətənpərvər ruhda formalaşmaları işinə töhfələr verilsin.

3511 oxunub