Təzyiq ölçməyin düzgün qaydası belə imiş...


Evdə təzyiqi düzgün ölçməyi hamı düz bacarmır.
Sporttimemagazine.az bildirir ki, kardioloq Andrey Kondraxin tez-tez təzyiqi ölçməyin düzgün olmadığını bildirib.
"Çox adam təzyiqləri barədə yanlış məlumat alır. Çünki ən böyük səhv təzyiqi müxtəlif saatlarında ölçməkdir. Hər insanın sirkad ritmləri ayrıdır. Təzyiqi günün eyni saatında, hər gün eyni vaxtda,yəni səhər və axşam eyni saatda ölçmək lazımdır.
Təzyiqi gəzintidən, idmandan, fiziki işdən sonra, duşdan sonra, yemək və isti çaydan sonra ölçmək olmaz.Təzyiqi ölçməzdən əvvəl əyləşmək, sakitləşmək, dincəlmək, sonra cihazı taxmaq lazımdır.Aldığınız cihazın pasportunu, təlimatını öyrənin, sonra istifadə edin",-deyə kardioloq bildirib.
O əlavə edib ki, məsələn, bəzi tonometləri istifadədən əvvəl qolun altına valik qoymaq lazımdır: " Manjet də qola uyğun ölçüdə seçilməli və düzgün taxılmalıdır.Təzyiqi ölçərkən əyləşməlisiz”.


3506 oxunub