Stend atıcılığı üzrə Bakı Kuboku keçirilir


13-16 mart tarixlərində  Bakı şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə stend atıcılığı üzrə Bakı Kuboku start götürür. Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarışda qızlar, oğlanlar, qadınlar və kişilər arasında stend atıcılığının dairəvi və səngər stendi növləri üzrə fərdi və qarışıq komanda yarışlarında qaliblər bəlli olacaq.  Yarışlarda paytaxt Bakıda fəaliyyət göstərən idman cəmiyyətləri, klublar və atıcılıq məktəbləri iştirak edəcək. Kubokun qarışıq komanda yarışları 14 mart, fərdi yarışları isə 15-16 mart tarixlərində olacaq.

2556 oxunub