Şəhid anası Tahirə Bədəlovanın kitabı təqdim olunub


Şəhid leytenant Nadir Bədəlovun anası Tahirə Bədəlovanın "Qəlblərə paylanmışam” kitabı dünyadan vaxtsız köçmüş tanınmış həkim-nevroloq, istedadlı şair, xeyriyyəçi Mir Məhəmməd Mir Sədizadəyə həsr edilib.

Kitabda Zəngəzurun məşhur seyid nəslindən olan Mir Məhəmməd ağanın mənalı ömür yolu əks olunub, şeirləri, fotoları, dostlarının onun haqqında xatirələri toplanıb, mənsub olduğu nəslin Şeyx Mir Həmzə Seyid Nigari, Mir Sədi ağa, Mir Paşa ağa kimi nümayəndələrinin həyatı haqqında məlumatlar dərc edilib.

Qeyd edək ki, təqdimat Sumqayıtdakı  Mədəniyyət Sarayında keçirilib. Tədbirdə həkim  haqqında çəkilmiş film göstərilib, şeirləri, sözlərinə yazılmış mahnılar səsləndirilib.

Tədbirdə iştirak edən tanınmış elm və ədəbiyyat xadimlərinə, ictimaiyyət nümayəndələrinə və kitabxanalara kitablardan paylanılıb.


2651 oxunub