Tanınmış estrada ulduzu Emin Ağalarov təkcə musiqi ilə deyil, həm də idmanla böyük həvəslə məşğul olur. Olduqca səmimi insan olan Emin sağlam qidalanmağa da xüsusi diqqət yetirir. Futbol və boks onun ən çox sevdiyi idman növlərindəndir. Futbola olan sevgisi Emin Ağalarovu "Yeni Dalğa 2014" yarışı çərçivəsində keçirilən futbol oyununun ən yaxşı futbolçusu etmişdi. O, bu matçda rəqib komandanın qapısına bir neçə qol vurmuşdu. Övladları ilə keçirdiyi zaman ulduz ifaçının ən böyük istirahətidir.
"Biz hamımız bir torpağın üstündə gəzirik. Hamımız insanıq və bərabərik. Sadə olmaq lazımdır. Yekəxanalıq ağılsızlıqdır”
130553 oxunub