"Üçüncü Avropa Oyunlarının proqramına salınan idman növləri bizim üçün uğurlu deyil"


Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə verdiyi müsahibədə bildirib ki, üçüncü Avropa Oyunlarının proqramına salınan idman növləri bizim üçün o qədər də uğurlu deyil. O, əlavə edib ki, əsas idman növlərimiz Polşada təmsil olunmayacaq.


Vitse-prezident bildirib ki, Azərbaycan millisi ölkələrin sıralamasında ilk onluğa düşməyə əsas namizədlərdəndir. "Biz buna layiqik və inanırıq ki, komandamız uğurlu çıxışı ilə xalqımızı sevindirəcək”, - deyə Çingiz Hüseynzadə qeyd edib.


3966 oxunub