"Nəticələrimizin uğurlu olması üçün əlimizdən gələni edəcəyik"


Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Milli Olimpiya Komitəsi (MOK) ilə birgə əməkdaşlığa dair niyyət protokolunun imzalanma mərasimindən sonra jurnalistlərə açıqlamasında bildirib ki, Milli Olimpiya Komitəsinin dəstəyi voleybolun inkişafı üçün faydalı olacaq: "Bu layihədə Azərbaycan Voleybol Federasiyasına etimad göstərildiyi üçün MOK-a təşəkkür edirəm.İdmançıların hazırlıq mərhələsində, məşqlərin reallaşmasında, komandaların yarışlara göndərilməsində Milli Olimpiya Komitəsindən dəstək almaq önəmlidir. Bu lazimi köməklikdən yararlanaraq nəticələrimizin uğurlu olması üçün əlimizdən gələni edəcəyik”,-deyə federasiya prezidenti bildirib.


4131 oxunub