"Məqsəd idman növlərinin inkişafına kömək etməkdir"


"İmzalanan protokol Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Voleybol Federasiyası (AVF) arasında fəaliyyətimizin yeni mərhələsidir".Bu sözləri MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə AVF ilə birgə əməkdaşlığa dair niyyət protokolunun imzalanma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, "Kompleks İnkişaf Modeli" layihəsini ilk olaraq komanda idman növlərinə daxil olan voleybolla bağlı həyata keçirdiklərini bildirib: "Biz Azərbaycan voleyboluna, eləcə də bütün idman növlərinin inkişafına töhfə verəcəyik. Ona görə də bu cür layihə həyata keçiririk".

Ç.Hüseynzadə bu layihəni digər idman federasiyaları ilə də həyata keçirəcəklərini söyləyib: "Gələcəkdə basketbol, həndbol və futbolla bağlı da planlarımız var. Əsas məqsəd bütün idman növlərinin inkişafına kömək etməkdir".



3334 oxunub