
Naxçıvanda keçirilən "Qlobal İnformasiya Mühiti və Media Trendləri” – "MEDİAFEST-2025” konfransı çərçivəsində Naxçıvan televiziyası "Azerspace-1" peykində (11135 Horizontal 30000) yayıma başlayıb.
Nuhçıxan.az saytının xəbərinə görə tədbirdə ölkənin media nümayəndələri, rəsmi qonaqlar- Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, Mətbuat Şurasının sədri Rəşad Məcid, o cümlədən qonaqlar iştirak edirlər.
Xatırladaq ki, Azərbaycan Prezidentinin 2024-cü ilin 15 avqust tarixli Sərəncamına əsasən, Naxçıvan televiziyasına yayımı həyata keçirən platforma yayımçısı lisenziyası verilib.
3474 oxunub