Səkinə Babayeva: "Türk dünyasını birləşdirən mədəni-iqtisadi əlaqələrin bir parçası olmaq bizim üçün qürurvericidir" -Fotolar


"Bugünlərdə  Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin rəhbərliyi ilə Budapeştə təşkil olunan rəsmi səfərdə iştirak etdik. Macar folklorunun simvolu olan möcüzəli maral heykəlinin açılışında yer almaq və türk dünyasını birləşdirən mədəni-iqtisadi əlaqələrin bir parçası olmaq bizim üçün qürurverici oldu".
"Sporttimemagazine.az"-ın məlumatına görə bu sözləri sosial media hesabında Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) rəhbəri Səkinə Babayeva bildirib. 

O, əlavə edib ki, AQSİA olaraq, qadın sahibkarların beynəlxalq platformalarda təmsilçiliyini vacib hesab edir və bu istiqamətdə fəaliyyətimizi davam etdiririk.

4021 oxunub