
IV Bakı Beynəlxalq Piano Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində pianoçu Rüya Taner (Şimali Kipr), Xalq artisti Yeganə Axundovanın (Azərbaycan) iştirakı ilə klassik musiqi konserti keçirilib. İfaçıları dirijor Valid Ağayevin (Türkiyə) rəhbərliyi ilə Bakı Kamera Orkestri müşayiət edib. Konsertdən əvvəl mərkəzin foyesində "Arts Council of Azerbaijan” təşkilatının təşəbbüsü ilə gənc rəssamların əsərlərindən ibarət sərgi təqdim olunub.
Konserti izləyənlər sırasında millət vəkilləri, Türkiyə Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Şimali Kipr Türk Respublikasının ölkəmizdəki nümayəndəsi Ufuk Turqaner, tanınmış incəsənət və mədəniyyət xadimləri yer alıb.
1538 oxunub