Leyla Əliyevanın yoqa sevgisi -FOTOLAR


Yoqa vücud və xasiyyəti harmonik idarə etməyi öyrədir. Şüurun vücudla olan əlaqəsini nəzərdən keçirsək görərik ki, hormonlarımız xarakterimizə, davranışımıza, əhvalımıza təsir edir. Araşdırmalar göstərir ki, hormonlar bizim duyğularımıza nəzarət edir. Əgər vəzilər düzgün tənzimlənməyibsə və hormonlar həddindən artıq və ya az miqdardadırsa insan ruh düşkünlüyündən əziyyət çəkir, depressiyaya uğrayır.Yoqa vücud və xasiyyəti harmonik idarə etməyi öyrədir, mənəvi, fiziki və zehni tərəfdən daha da sürətli inkişaf etməyə imkan verir.

Yoqa hərəkətləri ilə iştirakçılar bu aləmə daxil olaraq meditasiyaya başlayır, xüsusi hərəkətlərlə bədənin rahatlıq tapması üçün təbiətlə ünsiyyətə girirlər. Daxili tarazlıq və sabitlik bu ünsiyyəti mümkün edir.

Qeyd edək ki, bir çox idman növlərinə olan sevgisi ilə seçilən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yoqaya xüsusi önəm verir. Bu önəmin nümunəsi olaraq IDEA Heyvanlara Qayğı Mərkəzində yoqa üzrə ustad dərsi keçirilib.

Leyla xanım Əliyeva Bakı Kitab Mərkəzində hindistanlı Svami Şivanandanın Azərbaycan dilinə tərcümə olunmuş "Yoqa və düşüncənin gücü” adlı kitabının təqdimatında da iştirak edib. Qeyd edək ki, layihənin təşəbbüskarı, ideya müəllifi və ön sözün müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

Bundan başqa, Leyla xanım iyulun 7-də "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda "Söz” adlı ədəbi layihə çərçivəsində təşkil edilən yoqa və poeziya axşamında da iştirak edib. Məlumat verilib ki, tədbirin yeddinci ayın yeddinci günündə təşkil olunması təsadüfi deyil. Bu, "7” rəqəminin mistik məna daşıdığını ehtiva edir.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan Yoqa Federasiyasının prezidentidir.

Məlumat üçün bildirək ki, yoqanın mənəvi istirahətə olan faydaları olduqca çoxdur. Yoqa asan tətbiq olunan cazibədar fiziki fəaliyyət formasıdır. Yoqa proqramına qoşulmaq, gənclərlə barabər, yaşlı insanlar üçün də faydalı seçim ola bilər.

Bəzi araşdırmalar göstərir ki, müxtəlif yoqa təcrübələri insanın fiziki sağlamlığının müxtəlif aspektlərini inkişaf etdirə bilər. Yoqa üzərində edilən araşdırmalar göstərir ki, 8 həftəlik intensiv yoqa təcrübəsi romatoid artrit simptomlarını azaldır. Yoqanın diğər faydaları isə aşağıdakılardır:

* Yoqa onurğaya tətbiq edilən məşqlərlə duruş pozuqluqları aradan qaldırılır.

* Hərəkət nəticəsində əzələlər güclənir, ağrı və yorğunluq azalır.

* Yoqa hərəkətləri zamanı tərləmə nəticəsində toksinlər bədəndən atılır.

* Nəfəs məşqləri nəticəsində qabırğa qəfəsini əhatə edən əzələlər güclənir, qabırğa qəfəsi genişlənir, ağciyər potensialı artır, tənəffüs tənzimlənir və tənəffüs sistemi inkişaf etdirilir.

* Yoqa ilə xroniki ağrılar müalicə edilə bilər.

* Yoqa zamanı edilən hərəkətlər daxili orqanlara masaj effekti verir. Bu yolla ifrazat bezləri daha yaxşı işləyir və hormonları balanslaşdırır.

* Çəki tarazlığı təmin edilir.

* Yuxu keyfiyyəti yaxşılaşır.

* Qan axınını sürətləndirir. Bu, oksigen qəbulunu artırır və qan təzyiqini normallaşdırır.

* Yoqada əsasən ürək ətrafını əhatə edən əzələlər də çalışır. Bel hərəkət edir və güclənir.


100947 oxunub