“Sport Time” uşaqlar bayramını qeyd edib- FOTOLAR


Bu gün "Sport Time” dərgisi 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir keçirib. Sporttimemagazine.az saytının məlumatına görə  Paralimpiya cempionu, Bakı Cüdo Klubunun rəhbəri Ramin İbrahimovun rəhbərlik etdiyi klubda keçirilən tədbir maraqlı anlarla yadda qalıb. Tədbiri gitiş sözü ilə Ramin İbrahimov açıb. O, uşaqlara göstərdikləri diqqət üçün dərgi rəhbərliyinə təşəkkür edib, uğurlar diləyib.
Daha sonra "Sport Time” jurnalının redaktoru Fidan Bağırova uşaqları salamlayıb, onları qarşıdan gələn bayram münasibəti ilə təbrik edib. Daha sonra balaca cüdoçularla viktorina keçirilib. Uşaqlar viktorinada fəal iştirak edib. Fəal cüdoçulara təşəkkürnamələr təqdim olunub.
Sonra söz "Sport Time” dərgisibin baş refaktoru Jalə Rzabəyliyə verilib. O, uşaqlara idman və məktəb həyatlarında uğurlar arzulayıb, 1 iyun münasibəti ilə onları təbrik edib. Baş redaktor bildirib ki, idman uşaq və yeniyetmələrin ən faydalı məşğuliyyətidir. 
Daha sonra "Teas Press Nəşriyyat  Evi” tərəfindən uşaqlara göndərilən kitablar onlara təqdim olunub. Kitablar uşaqlar tərəfindən maraqla qarşılanıb. 
Tədbirin keçirilməsinə və  idman dərgisinə qayğısına görə "Ejla” firmasına təşəkkür edilib. 
Sonda şans oyunu keçirilib, uşaqlarla xatirə fotosu çəkilib.

8433 oxunub