Məhəbbət İbrahimovanın “Yalan dolu məhəbbət”i təqdim olunub-FOTOLAR


Bu günlərdə AQSİA üzvü, yazıçı Məhəbbət İbrahimovanın yeni kitabı "Yalan dolu məhəbbət”in təqdimat mərasimi olub. Təqdimat gözəl anlarla yadda qalıb.
Mərasimdə assosiasiyanın üzvləri, elm xadimləri, yazıçının yaxınları və media nümayəndələri iştirak edib.
Müəllif Məhəbbət İbrahimova çıxışında bildirdi ki, kitabın satışından əldə olunan gəlir aztəminatlı şəhid və qazi ailələrinə sərf ediləcək.
Daha sonra AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva çıxış edib. O, bildirib ki, AQSİA üzvlərinin hər uğurunda bir araya gəlməkdən çox məmnundur . Bu dəstəyə görə Səkinə Babayeva hər kəsə təşəkkür edib və yazıçı-şairə Məhəbbət İbrahimovaya işlərində uğurlar arzulayıb. AQSİA adından Məhəbbət İbrahimovaya təltifnamə təqdim edilib.
Daha sonra müəllifin yaxın dostları onun barəsində danışıblar. 
Qadınların çoxluq təşkil etdiyi görüşdə müəllif tələbə yoldaşlarının gəlişinə sevindiyini də dilə gətirib.
Mərasim xoş anlarla yadda qalıb. 

7364 oxunub