AQSİA “Əl əməyi göz nuru” adlı sərgi-satışa start verib- FOTOLAR


Bu gün Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA)  8 mart- Beynəlxalq Qadınlar Günü münasibəti ilə "Əl əməyi göz nuru” adlı sərgi-satışa start verib. Tədbiri giriş sözü ilə açan AQSİA-nın icraçı katibi, tanınmış jurnalist Mətanət Ağamirli bildirib ki, bu sərgi qadın əməyinin, xanımlara verilən diqqətin göstəricisidir.
Daha sonra AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva çıxış edib, qadınları 8 mart və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib. O, qadın həmrəyliyinin əhəmiyyətindən, onlara yaradılan səraitdən və qadının cəmiyyətdə,ailədə olan fədakar əməyindən bəhs edib. 
Daha sonra Millət vəkili Arzu Nağıyev, Assosiasiya üzvləri çıxış ediblər. Tədbirdə əl işləri nümayiş olunan stendlərə baxış keçirilib.
Sərgi iştirakçıları onlara yaradılan şərait üçün AQSİA rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Sərgi-satış məkanında musiqilər səslənib, xanımlar rəqs ediblər. 
Qeyd edək ki, təşkil olunan sərgi-satış 3 gün müddətində Park Bulvar Ticarət Mərkəzinin 1-ci və 2-ci mərtəbələrində davam edəcək. 
 "Sport Time” dərgisi

6695 oxunub